Misli Premyer Liqasının XXXIV turu çərçivəsində keçirilən "Qarabağ" - "Araz-Naxçıvan" oyunundan sonra təşkil olunan mətbuat konfransında baş məşqçimiz Elmar Baxşıyevin səsləndirdiyi fikirlər: "Oyunla bağlı geniş danışa bilməyəcəm. Çox zəif oynadıq. "Qarabağ" bizdən istəkli idi və çox üstün oynadı.

İki oyunumuz qalıb. Düşünürəm ki, həmin oyunlara daha düzgün yanaşacağıq. Hər şey özümüzdən asılıdır. Çalışacağıq toparlanaq və məqsədimizə çataq".